Bakıda çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alan olmayıb - YENİLƏNDİ3
Hadisə
28.11.2025 19:27
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.
Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.
***
19:07
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik müdaxiləsi sayəsində paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
***
18:50
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
tag: Fövqəladə Hallar Nazirliyi,Nərimanov ,Yanğın,Hadisə,Todaypresstv.az,
