Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
01.07.2025 10:56 Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

İyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 15 tüfəng, 10 patron darağı və 463 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər