Ağdərədə mina partladı: Xəsarət alan var - YENİLƏNDİ

Ağdərədə mina partladı: Xəsarət alan var - YENİLƏNDİ
16.11.2025 16:05 Hadisə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, 1990-cı il təvəllüdlü Bərdə sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


***


15:09


Ağdərə rayonunda mina hadisəsi baş verib. 

TodayPress TV xəbər verir ki, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.

Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı N.Əliyev Bərdə Diaqnostika Mərkəzinə göndərilib. 

Faktla bağlı araşdırma başlanıb.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər