Abşeronda soyğunçuluq edən şəxs saxlanıldı
Abşeron rayonu Xırdalan şəhəri ərazisində soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənin mobil telefonunu zor tətbiq edərək talayıb.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Xaçmaz rayon sakini F.Müseyibov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.