44 yaşlı kişi ağacdan yıxılaraq öldü
Zaqatalada bədbəxt hadisə baş verib.
TodayPress TV bu barədə APA-ya istinadla xəbər verir.
Məlumata görə, 5 oktyabr saat 13 radələrində Zaqatala rayonu Mamrıx kənd sakini, 44 yaşlı İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.