10 kiloqram marixuana ilə saxlanılan narkokuryer tutuldu

Hadisə

15.11.2025 10:28

Suraxanıda keçirilən əməliyyat zamanı üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb.

TodayPress TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş 35 yaşlı Vüqar Məhəmmədovu saxlayıblar.

Onun üzərindən bağlamalara qablaşdırılmış 10 kiloqram marixuana götürülüb. Məhəmmədov ifadəsində narkotiki şəxsiyyəti istintaqla müəyyənləşdirilən İran vətəndaşından Suraxanı ərazisində qəbul etdiyini, maddənin bir hissəsini şəxsi istifadə üçün, digər hissəsini isə satış məqsədilə müxtəlif ünvanlara çatdıraraq qazanc əldə etməyi planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

TodayPress TV


tag: Narkokuryer ,Suraxanı ,DİN ,Polis ,Todaypress.tv,