U-23 Avropa çempionatı: Azərbaycan millisinin heyəti açıqlandı
30 oktyabr – 1 noyabr tarixlərində İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcək.
Qitə turnirində 36 ölkədən 284 idmançı medallar uğrunda mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq
Murad Muradlı
Babarəhim Mirzəyev
-66 kq
Nizami İmranov
İslam Rəhimov
-73 kq
Əbil Yusubov
Mehdi Cəfərov
-100 kq
Əjdər Bağırov
+100 kq
Kənan Nəsibov