Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı

Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı
21.11.2026 17:18 İdman

Səudiyyə Ərəbistanı çempionatının IX turunda Kriştiano Ronaldonun çıxış etdiyi “Ən-Nəsr” səfərdə “Əl-Əhli”yə 1:3 hesabı ilə uduzub.

TodayPress TV xəbər verir ki, qarşılaşmanın 15-ci dəqiqəsində Ronaldo hesabı açsa da, cəmi üç dəqiqə sonra penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsi dirəyə tuş gəlib.

“Əl-Əhli”nin heyətində Qaleno, İvan Toni və Rocer İbanyes qol vuraraq komandasına qələbə qazandırıblar.

Qeyd edək ki, bu, Ronaldonun peşəkar karyerasında qaçırdığı 38-ci penalti olub. Portuqaliyalı ulduz indiyədək 222 penalti zərbəsinin 184-də fərqlənib. Onun penalti dəqiqliyi 82,9 faiz təşkil edir.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər