Fin körfəzində Rusiya gəmisinə hücum edildi - Moskva niyə geri çəkilmir?

Fin körfəzində Rusiya gəmisinə hücum edildi - Moskva niyə geri çəkilmir?
21.11.2026 18:32 Dünya

Fin körfəzində pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan Rusiya quru yük gəmisi marşrut üzrə hərəkətini bərpa etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, Bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Max” messencerindəki kanalında məlumat verib.

“2026-cı il noyabrın 21-də Fin körfəzinin beynəlxalq sularında PUA hücumuna məruz qalan Rusiya quru yük gəmisinə Rusiyanın xilasetmə gəmisi yaxınlaşıb. Ekipajın məlumatına görə, heyətin təxliyəsinə ehtiyac olmayıb. Gəmidəki vəziyyət nəzarət altındadır. Gəmi heyəti zəruri işləri aparır və marşrut üzrə hərəkəti bərpa etməyi planlaşdırır”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, günorta saatlarında Kalininqrada gedən Rusiya gəmisi Fin körfəzinin neytral sularında hücuma məruz qalıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər