İran ABŞ-yə 2 günlük plan təklif etdi: Hörmüz boğazı hansı şərtlə açılacaq?

İran ABŞ-yə 2 günlük plan təklif etdi: Hörmüz boğazı hansı şərtlə açılacaq?
21.11.2026 17:03 Dünya

İran ABŞ-yə Hörmüz boğazının açılması və uzunmüddətli razılaşmanın əldə olunması üçün iki günlük plan təklif edib. Lakin Tehran hələ də Vaşinqtondan cavab gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Iran” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, təklifə əsasən, ABŞ ilk gün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ikinci gün isə İran Hörmüz boğazını gəmiçilik üçün açmalıdır. Bundan sonra tərəflər yekun danışıqlara başlaya bilərlər.

Əraqçi bildirib ki, Tehran razılaşmaya hazırdır, lakin Vaşinqton əvvəlcə siyasi iradəsini nümayiş etdirməli və etimadın yaradılması üçün konkret addımlar atmalıdır.

İranlı nazir vurğulayıb ki, ölkəsi müharibə və sülh arasında davam edən qeyri-müəyyən vəziyyətə son qoymaq, münaqişənin yenidən başlamasını istisna edən davamlı razılaşma əldə etmək istəyir.

Nüvə proqramına da toxunan Əraqçi İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılmayacağını bildirib.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi Qətər və Pakistan vasitəçiləri ilə davam edir. Lakin tərəflər arasında yekun razılaşma hələ əldə olunmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər