Harri Keyn əməliyyat olundu – Mövsümün həlledici hissəsini buraxa bilər

Harri Keyn əməliyyat olundu – Mövsümün həlledici hissəsini buraxa bilər
21.11.2026 17:46 İdman

Almaniyanın “Bavariya” klubunun ingilis hücumçusu Harri Keyn əməliyyat olunub.

TodayPress TV xəbər verir ki, 33 yaşlı futbolçu sosial şəbəkə hesabında ona dəstək olanlara təşəkkür edib.

O, zədəyə görə məyus olduğunu, lakin daha güclü qayıtmaq üçün çalışacağını bildirib.

“Mövsümün bu mərhələsində zədələnmək çox məyusedicidir. Amma bu, 2027-ci ildə güc və irəliləyiş göstərmək üçün bir fürsətdir. Mövsümün həlledici hissəsinə daha təravətli və hazır şəkildə qayıdacağam”, – deyə Keyn yazıb.

Qeyd edək ki, Keyn “Bavariya”nın “Köln”lə oyununda sol baldırındakı sindesmotik bağın qırılması səbəbindən zədələnib. O, qarşılaşmanın 20-ci dəqiqəsində meydanı tərk edib.

Klubun açıqlamasına görə, 33 yaşlı hücumçu qarşıdakı aylarda yaşıl meydanlardan uzaq qalacaq.

Keyn bu mövsüm “Bavariya”nın heyətində 16 oyunda meydana çıxaraq 10 qol vurub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər