ABŞ-nin F-16 qırıcısı Fars körfəzində vuruldu

ABŞ-nin F-16 qırıcısı Fars körfəzində vuruldu
21.11.2026 18:18 Dünya

ABŞ-nin F-16 qırıcısı İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin raketi ilə Fars körfəzi üzərində zədələnib və məcburi eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Raketin bu hava vasitəsinin yaxınlığında partlamasından sonra ABŞ-nin qırıcısı zədələnib və pilot missiyanı dayandıraraq regiondakı ən yaxın aerodromlardan birinə məcburi eniş etməli olub”, – deyə məlumatda bildirilib.

Ordunun qeyd etdiyinə görə, ölkənin cənubunda yerləşdirilən və vahid hava hücumundan müdafiə şəbəkəsinin idarəetməsi altında fəaliyyət göstərən yerli istehsal hava hücumundan müdafiə sistemləri qırıcını aşkar edib, onu izləyərək raket buraxıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər