Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb
13.11.2026 12:40 Elm və Təhsil

“Müəllimlərin əməkhaqqısı ən çox müzakirə olunan məsələlərdəndir”.

Todaypress TV xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”, - deyə nazir müavini bildirib.

Todaypress TV 

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər