Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı yeni QADAĞA

Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı yeni QADAĞA
13.11.2026 11:36 Elm və Təhsil

Azərbaycanda müəllimlər üçün yeni öhdəlik qoyulub.

Todaypress TV-nin məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarında yeni əlavələr edilib.

Yeni tələblərə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidir.

Həmçinin müəllimlər tərəfindən intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.

Todaypress TV

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər