DİM imtahan keçiriləcək - Tarix açıqlandı

DİM imtahan keçiriləcək - Tarix açıqlandı
26.02.2026 11:25 Elm və Təhsil

Fevralın 28-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər