Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır

Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
30.10.2026 16:20 Elm və Təhsil

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.

TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb.

TodayPress TV 

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər