Azərbaycan güləşində final həyəcanı: Cioyev həlledici görüşə çıxır!
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın sərbəst güləşçiləri növbəti görüşlərini keçiriblər.
TodayPress TV xəbər verir ki, millimizin üzvü Arseniy Cioyev (86 kq) yarımfinalda Gürcüstan təmsilçisi Vladimeri Qamkrelidzeni 9:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Giorgi Meşvildişvili (125 kq) isə yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə uduzub. Güləşçimiz oktyabrın 31-də bürünc medal uğrunda mübarizə aparacaq.
Digər sərbəst güləşçilərimiz Nurəddin Novruzov (61 kq) və Kənan Heybətov (70 kq) təsəlliverici görüşlərdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, güləş üzrə dünya çempionatı noyabrın 1-də başa çatacaq.
Namiq HUN