Trampdan İranla bağlı açıqlama: "Münaqişə tezliklə başa çatacaq"

Trampdan İranla bağlı açıqlama: "Münaqişə tezliklə başa çatacaq"
30.10.2026 16:07 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla ölkəsi arasında davam edən münaqişənin yaxın vaxtlarda başa çatacağını bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "KCMO" radiosuna müsahibəsində deyib.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeyiyə gizli məktub göndərib.

Məktubda sülh danışıqlarının bərpası və iki ölkə arasında yeni hərbi əməliyyatların qarşısının alınması məsələlərinin müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında aparılan danışıqlar çərçivəsində razılaşma memorandumu imzalanıb. Sənəddə razılığa gəlmək üçün 60 günlük müddət nəzərdə tutulsa da, bu müddət avqust ayında yeni razılaşma əldə edilmədən başa çatıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər