Fidlər azarkeşlərin səsverməsi ilə həftənin ən yaxşısı seçilə bilər

Fidlər azarkeşlərin səsverməsi ilə həftənin ən yaxşısı seçilə bilər
30.10.2026 14:40 İdman

“Sabah” basketbol klubunun oyunçusu Frenki Fidlər FIBA Çempionlar Liqasının həftənin rəmzi beşliyində yer alıb.

TodayPress TV xəbər verir ki, ABŞ-li basketbolçu bu ada komandasının turnirin IV turunda Fransanın “Nanter 92” klubuna qarşı keçirdiyi ev matçından sonra layiq görülüb.

“Sabah” həmin qarşılaşmada rəqibini 87:80 hesabı ilə məğlub edib.

Fidlər matçda 18 xal toplayıb, 5 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2 top ələ keçirib və 3 üçxallıq atış dəqiq yerinə yetirib. Basketbolçunun faydalılıq əmsalı 21 olub.

Frenki Fidlərdən başqa, rəmzi beşlikdə Tay Nikols (“Peristeri”), Lester Medford (“Hapoel Holon”), Brendon Encel (“Alba Berlin”) və Corce Topoloviç (“İqokea”) də yer alıblar. Onlar həftənin ən yaxşı oyunçusu adına namizəddirlər.

Həftənin ən yaxşı basketbolçusu azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər