Simonyan Moskvaya gedəcək

Simonyan Moskvaya gedəcək
30.10.2026 16:44 Dünya

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiyanın paytaxtı Moskvaya gedəcək.

TodayPress TV xəbər verir ki, müvafiq qərarı ölkənin Baş naziri Nikol Paşinyan imzalayıb.

Məlumata görə, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 8-9-da MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin 14-cü görüşündə iştirak edəcək.

Nümayəndə heyətinin tərkibində Təhlükəsizlik Şurası Aparatının rəhbəri Vanik Avetisyan, katibin müşavirləri Anahit Poqosyan və Aşxen Ayrapetyan da Moskvaya səfər edəcəklər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər