Tramp: "İran Nüvə silahına sahib olmayacaq"
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəklərini bəyan edib.
TodayPress TV xəbər verir ki, o, bunu "KCMO" radiostansiyasına müsahibəsində deyib.
“İran nüvə silahına sahib ola bilməz və olmayacaq da”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, Vaşinqton İranın gələcəkdə nüvə silahı əldə etməyəcəyinə dair konkret təminat tələb edir.
Türkan İsgəndərli