Zooparkdan qaçan canavar üçün geniş axtarış aparılır
Dünya
10.04.2026 19:15
Cənubi Koreyanın Daejeon şəhərində zooparkdan qaçan Nykku adlı iki yaşlı canavarın axtarışı artıq üçüncü gündür davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap News Agency" məlumat yayıb.
Hadisə ölkə prezidenti Li Ce Myonqun da diqqətindədir.
Məlumata görə, hadisə 8 aprel səhəri baş verib. Canavar saxlanıldığı ərazidə tunel qazaraq qaçıb və 1,4 milyondan çox əhalisi olan şəhərdə azad qalıb. bildirir ki, Nykku Rusiyanın Saratov vilayətindən gətirilmiş canavarların nəslindəndir.
Axtarış əməliyyatına polis, hərbçilər və xilasedicilər cəlb olunub. Eyni zamanda dronlar, termal kameralar və xüsusi təlim keçmiş itlərdən istifadə edilir. Canavarın geri qayıtmasını təmin etmək üçün "O-World Zoo" ərazisində canavar sürüsünün ulaması səsləndirilir.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Canavar,Prezident,Axtarış,Todaypress.tv,
