Ziyarətgahda vandallıq: İsrail əsgərindən inanılmaz hərəkət!

Dünya

20.04.2026 07:56

  • İsrail ordusu əsgərlərinin Livanın cənubunda İsa Məsihin heykəlini sındırdığını etiraf edib.

    TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    Ordu Livanın cənubundakı xristian kəndində bir əsgərin İsa Məsihin heykəlini sındırdığını əks etdirən fotoşəklin həqiqiliyini təsdiqləyib. Ordu rəhbərliyi məsələni araşdıracağına, hadisədə iştirak edən şəxsləri cəzalandıracağına və yerli sakinlərə müqəddəs məkanın bərpasında kömək edəcəyinə söz verib.

    “Bu gün səhər yayılan və İsrail Müdafiə Qüvvələrinin bir əsgərinin xristian simvoluna zərər verdiyini göstərən fotoşəklin ilkin araşdırmasından sonra onun Livanın cənubunda fəaliyyət göstərən hərbçiyə aid olduğu müəyyən edilib. İsrail Müdafiə Qüvvələri bu hadisəni son dərəcə ciddi qəbul edir və əsgərin davranışının ordunun müdafiə etdiyi dəyərlərə tamamilə zidd olduğunu vurğulayır”, – deyə qurumun mətbuat ofisi bildirib.

    İsrailin Şimal Komandanlığı hadisənin təfərrüatları ilə bağlı daxili araşdırma aparır. “İstintaqın nəticələrinə əsasən, hadisədə iştirak edənlərə qarşı müvafiq tədbirlər görüləcək”, – deyə ordu qeyd edib.

    Hərbçilər bildiriblər ki, ordunun Livanın cənubunda fəaliyyəti “terrorçu infrastrukturu zərərsizləşdirməyə” yönəlib və dini binalara, o cümlədən dini simvollara zərər vurmaq niyyəti yoxdur. “Bundan əlavə, İsrail Müdafiə Qüvvələri heykəlin əvvəlki yerinə qaytarılması üçün yerli sakinlərə kömək göstərəcək”, – deyə mətbuat xidməti əlavə edib.

    Jalə Rövşən 

    TodayPress TV

  • tag: İsrail ,İsa Məsih ,Heykəl ,Livan ,Todaypress.tv,