Zelenskidən Putinə: “Konstantinovkanı almısansa, ora gəl!”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Konstantinovkada görüş keçirməyi təklif edib.
TodayPress TV xəbər verir ki, Zelenski əgər Rusiya ordusu həqiqətən də Konstantinovkanı ələ keçiribsə, Putinin həmin şəhərə gələrək onunla görüşə biləcəyini bildirib.
Bu bəyanat Rusiyanın Konstantinovkanı ələ keçirdiyini iddia etməsi, Kiyevin isə bu məlumatı təkzib edərək şəhərin hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildirməsi fonunda səsləndirilib.
Kübra Musayeva