Zelenski yeni Roma Papasına təşəkkür etdi
Ukrayna prezidenti Volodimir Zelenski yeni Roma Papası XIV Leoya ukraynalılara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Telegram" səhifəsində yazıb.
“Biz sülhə ehtiyac barədə söylənilən sözlərə, Ukraynaya və xalqımıza göstərilən diqqətə görə minnətdarıq. Hər bir xalq sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdir” deyə ukraynalı prezident qeyd edib.
Zelenski həmçinin yeni Roma Papasını “xüsusi missiyasının” başlaması münasibətilə təbrik edib.
Qeyd edək ki, mayın 18-də Zelenski yeni papanın taxta çıxma mərasimində iştirak etmək üçün digər dünya liderləri ilə birlikdə Vatikana gəlib.
Türkan İsgəndərli