Zelenski Yaxın Şərqdə sülh irəliləyişini alqışladı
Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə sülhə doğru irəliləyişin vacibliyini və bunun yalnız region üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıdığını bildirib.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, o, girovların azad ediləcəyinə və Qəzzada daha çox qurban olmayacağına ümid etdiyini qeyd edib.
Zelenski vurğulayıb ki, Rusiya hələ də dünyada ən böyük müharibə və terror mənbəyidir .
Ona qarşı beynəlxalq təzyiqin davam etməsi də vacibdir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin onun təklif etdiyi sülh planının birinci mərhələsini həyata keçirməyə razılaşdıqlarını açıqlayıb.
Jalə Rövşən