Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq...
Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda mülki şəxsə qarşı həyata keçirilən Rusiya dron hücumunu sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, Zelenski "Teleqram" hesabında paylaşdığı açıqlamada Rusiya qüvvələrinin Xersonda mülki əhaliyə qarşı dronlardan istifadə etməsini "dəhşətli" adlandırıb.
O bildirib ki, bazarda tərəvəz satan şəxsin qəsdən hədəfə alınması mülki əhaliyə qarşı sistemli terrorun növbəti nümunəsidir.
Prezidentin sözlərinə görə, hücumun görüntülərinin Rusiya tərəfi tərəfindən yayılması bu cinayətlərin gizlədilmədiyini, əksinə nümayiş etdirildiyini göstərir.
O vurğulayıb ki, Xersonda mülki insanlara qarşı bu cür hücumlar hər gün baş verir.
Zelenski bildirib ki, Rusiyaya təzyiq artırılmadan, onun hərbi potensialı zəiflədilmədən və etibarlı təhlükəsizlik zəmanətləri təmin olunmadan davamlı sülh mümkün olmayacaq.
O, həmçinin Finlandiya, Baltikyanı ölkələr, Polşa, Rumıniya, Moldova, Cənubi Qafqaz ölkələri və Qazaxıstanı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya dronunun Xerson bazarında tərəvəz satan mülki şəxsi izləyərək onun yaxınlığında partlayış törətdiyi əks olunub. Məlumata görə, 52 yaşlı kişi qəlpə yaraları və beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, həyatı təhlükədə deyil.
Jalə Rövşən