Zelenski Serbiya ilə əməkdaşlığı gücləndirir

Zelenski Serbiya ilə əməkdaşlığı gücləndirir
22.05.2025 18:27 Dünya

Ukrayna prezidenti Vladimir Zelenski Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüş keçirib və ikitərəfli əməkdaşlığı müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.

Zelenski bildirib ki, tərəflər Ukrayna–Cənub-Şərqi Avropa əməkdaşlıq formatı barədə danışıblar və bu formatın daha da inkişaf etdiriləcəyini qeyd edib.

Prezidentlər həmçinin gələcək görüşlərin qrafikini razılaşdırıblar və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər