Zelenski Sandu ilə görüşdü

Zelenski Sandu ilə görüşdü
17.05.2025 01:45 Dünya

Ukrayna lideri Volodimir Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb.

TodayPress Tv xəbər verir ki, bu barədə Ukrayna prezidentinin "Telegram" kanalında bildirilib. Görüşdə Ukraynada davamlı sülhə nail olmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək üçün addımlar müzakirə edilib.

"Ukrayna üçün indi prioritet ən azı 30 gün ərzində tam atəşkəsdir. Bu, diplomatiya üçün əsas yaratmalıdır" məlumatda deyilir.

İki ölkə lideri həmçinin enerji təhlükəsizliyi, Avropaya inteqrasiya, Avropada seçkilərin nəticələrinin siyasi proseslərə təsiri və “Rusiya üçün hibrid təhdidləri” müzakirə ediblər.

Zelenski Sanduya Ukraynaya verdiyi dəstəyə və Avropaya inteqrasiya prosesində Kiyevə kömək etmək istəyinə görə təşəkkür edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər