Zelenski Rusiya şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Dünya
21.02.2026 15:23
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edən fərmanlar imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Fərmanlara əsasən, Rusiya hərbi-sənaye kompleksinə xidmət göstərən 46 Rusiya vətəndaşı və 44 Rusiya şirkəti məhdudiyyətlərə məruz qalıb. Bu şirkətlər Rusiya ordusu üçün avadanlıq, elektron müharibə sistemləri və ehtiyat hissələri istehsal edən və təmir edən müəssisələr kimi müəyyən olunub.
Bundan əlavə, məhdudiyyətləri pozaraq Rusiyaya təyyarə hissələri və komponentlərinin tədarükündə iştirak edən iki İran vətəndaşına da sanksiyalar tətbiq edilib.
Siyahıda Rusiya neft məhsullarının ixracında iştirak etdiyi iddia edilən 225 dəniz gəmisi kapitanı da yer alıb. Onların arasında Rusiya, Hindistan və Filippin də daxil olmaqla 11 ölkənin vətəndaşları var.
Qeyd edək ki, Volodimir Zelenski müntəzəm olaraq Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edir. 16 fevralda o, on rusiyalı idmançıya, 8 fevralda isə bir sıra xarici şirkətlərə və Rusiya maliyyə sektorunun nümayəndələrinə məhdudiyyətlər tətbiq etmişdi.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Zelenski,Sanksiya,Todaypress.tv,
