Zelenski NATO sammitində Trampla görüşə bilər

Zelenski NATO sammitində Trampla görüşə bilər
21.06.2025 22:15 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində ABŞ prezidenti Donald Trampla görüşə bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Zelenski hələlik sammitə qatılıb-qatılmayacağını dəqiq deməsə də, ehtimalın yüksək olduğunu bildirib.

O, Niderland kralı və Baş nazirindən dəvət aldığını və sammit çərçivəsində bir sıra görüşlər keçirmək istədiyini qeyd edib. Trampla görüş baş tutarsa, əsas mövzular arasında Rusiyaya qarşı sanksiyalar və siyasi təzyiqlər müzakirə olunacaq.

“Diplomatik cəbhədə yeni nəfəs barədə danışmağın zamanı çatıb”, – deyə Zelenski vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər