Zelenski NATO sammitində iştirakını dəqiqləşdirməyib
Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Haaqada keçiriləcək NATO sammitində iştirak edib-etməyəcəyinə hələ qərar vermədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə söhbəti zamanı deyib:
“Səfərim ABŞ prezidenti Donald Trampla görüş olub-olmamasından asılı deyil. Açığı, hələ dəqiq bilmirəm, amma iştirak ehtimalı böyükdür. Yekun qərarı sammit ərəfəsində verəcəyəm”.
O bildirib ki, sammit çərçivəsində bir neçə mühüm görüş keçirməyi planlaşdırır. Onun sözlərinə görə, tədbirə Niderlandın rəsmi dəvəti də onun üçün xüsusi önəm daşıyır.
Qiymət Mahir