Zelenski Münxendə Orbanı hədəfə aldı

Dünya

15.02.2026 14:23

Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban barədə tənqidi fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” nəşri məlumat yayıb.

Məlumata görə, Zelenski "Ewald fon Klyast" adına mükafatı qəbul edərkən Qərbdəki müttəfiqlərinə təşəkkür edib və çıxışında “Viktor” adlı bir şəxsi də xatırladıb. O bildirib ki, həmin şəxs Avropanı daha yaxşı olmağa sövq edir ki, heç vaxt onun kimi olmasınlar.

“Mən hətta Viktora təşəkkür etmək istəyirəm. Hamınız kimin nəzərdə tutulduğunu bilirsiniz, çünki o, özünəməxsus şəkildə Avropada hamımızı daha yaxşı olmağa təşviq edir. Heç olmasa ona görə ki, biz heç vaxt sözün "utanc" mənasını unutmuş bir insan kimi olmayaq”, – deyə Zelenski bildirib.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski,Müxhen ,Avropa,TodayPress TV,