Zelenski məhbus mübadiləsinə hazırlıqdan danışdı

Zelenski məhbus mübadiləsinə hazırlıqdan danışdı
22.05.2025 15:45 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə əsirlərin mübadiləsinə hazırlıqla bağlı iclas keçirib. 

TodayPress TV xəbər verir ki,  o, bu barədə öz “Telegram” kanalında danışıb. 

"1000 insanımızın rus əsirliyindən azad edilməsi ilə bağlı razılaşma Türkiyədəki görüşün demək olar ki, yeganə real nəticəsi idi. Biz bu nəticənin əldə olunması üçün çalışırıq" o yazıb. 

Zelenski həmçinin bildirib ki, Ukraynanın müdafiə naziri Rustem Umerov əsir mübadiləsi prosesinin təşkilinə və razılaşmaların icrasına nəzarət edir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər