Zelenski Konqolu həmkarını Kiyevə dəvət etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Tşisekedi ilə telefon danışığı aparıb və onu rəsmi səfərlə Kiyevə dəvət etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat verib.
Ukrayna lideri, həmçinin Konqo tərəfinin göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Prezidentlər arasında baş tutan danışıqlarda müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə olunub və bu istiqamətdə razılıq əldə edilib.
Zelenski bu cür beynəlxalq əlaqələrin Ukraynanın qlobal miqyasda dəstəyini artırmaq baxımından mühüm olduğunu qeyd edib.
Türkan İsgəndərli