Zelenski Ermənistanın Avropa seçimində yanında olacağını açıqladı

Zelenski Ermənistanın Avropa seçimində yanında olacağını açıqladı
25.08.2026 18:19 Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana Ukraynanın Müstəqillik Günü münasibətilə göndərdikləri təbriklərə görə təşəkkür edib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Ukraynanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərinə görə Ermənistan Prezidenti Vaaqn Xaçaturyana və Baş nazir Nikol Paşinyana təşəkkürümü bildirirəm.

Hazırda iki ölkə arasında yüksək səviyyəli dialoq daha da fəallaşıb. Ümid edirik ki, bunun ardınca digər səviyyələrdə və müxtəlif sahələrdə daha sıx əməkdaşlıq olacaq.

Erməni xalqı Avropa ilə daha sıx əlaqələrə doğru inamla irəliləyir. Ukrayna bu seçimi alqışlayır və mümkün olduğu bütün sahələrdə onu dəstəkləməyə hazırdır”, - deyə Zelenski bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər