Zelenski: "22 yaşdan kiçiklər Ukraynadan çıxa bilər"
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, 22 yaşdan kiçik kişilərin ölkədən çıxmasına icazə verilməsi mümkündür.
TodayPress TV xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Prezident əlavə edib ki, Nazirlər Kabineti bu təklifi qəbul etməyə də bilər.
Hazırda Ukraynada hərbi vəziyyət səbəbilə 18-60 yaşlı kişilərin ölkədən çıxması qadağandır, lakin bəzi yaş qrupları və şərait üçün istisnalar müzakirə olunur.
Türkan İsgəndərli