Zaxarova Lavrovu təriflədi - Rəqibləri onun paxıllığını çəkir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova xarici işlər naziri Sergey Lavrovun yorulduğu və istefa vermək istədiyi barədə yayılan xəbərlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən bu iddiaları təkzib edib.
“Sergey Lavrov böyük diplomat və rəhbərdir. O, ölkəsinin maraqları naminə rəhbərliyinin tapşırıqlarını yerinə yetirir. İşini elə görür ki, hətta rəqibləri belə ona həsəd aparırlar”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, son günlər bəzi media orqanlarında Lavrovun yorulduğu və vəzifəsindən ayrılmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı.
Jalə Rövşən