Zaxarova Britaniyaya xəbərdarlıq etdi
Dünya
15.01.2026 17:47
Rusiya Böyük Britaniyanın Rusiya gəmilərinin ələ keçirilməsi ilə bağlı mümkün addımlarını beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Londona ünvanlanan xəbərdarlıq çərçivəsində keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Böyük Britaniyanın bu istiqamətdə atacağı addımlar birbaşa olaraq Rusiyanın maraqlarına zərbə vurmağa yönəlib və BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının müddəalarının açıq şəkildə pozulması deməkdir.
Zaxarova qeyd edib ki, 1982-ci il Konvensiyasının qorunmasının tərəfdarı kimi çıxış edən məhz britaniyalıların özlərinin belə addımlar atması paradoksal vəziyyət yaradır.
Bundan əvvəl The Times qəzeti mənbələrə istinadən xəbər verib ki, Böyük Britaniya hakimiyyəti Rusiyanın “kölgə donanması” adlandırılan tankerlərinin mümkün ələ keçirilməsi və saxlanılması üçün hüquqi əsaslar tapıb. Məlumata görə, bu məqsədlə 2018-ci ildə qəbul edilmiş sanksiyalar və çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanunun tətbiqi planlaşdırılır.
Qiymət Mahir
tag: Rusiya ,BMT,Mariya Zaxarova,London,Todaypress.tv,
