Yun Sok Yol 5 il həbs cəzasına məhkum edildi

Dünya

16.01.2026 10:50

Məhkəmə Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolu təhlükəsizlik xidməti ilə hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmadan sonra həbsə mane olduğuna görə beş il müddətinə azadlıqdan məhrum edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap News" məlumat yayıb.

Bildirilib ki, işə Seul Mərkəzi Rayon Məhkəməsində baxılıb. Prokurorluq hökumət məmurlarının vəzifələrini yerinə yetirməsinə mane olmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz sənədlər yaratmaq və prezidentin təhlükəsizlik xidməti və prezident arxivi haqqında qanunları pozmaq da daxil olmaqla yeddi ittiham irəli sürüb.

Qeyd edək ki, 3 yanvar 2025-ci ildə Prezident Qvardiyası hüquq-mühafizə orqanlarının Yun Sok Yolun Seuldakı iqamətgahında həbs olunmasının qarşısını alıb. Onlar yalnız ikinci cəhddə, 15 yanvar 2025-ci ildə buna nail ola biliblər.

Aysel Mətləb

tag: Cənubi Koreya,Yun Sok Yol,Məhkəmə,Həbs,Todaypress.tv,