Yermak: “Rusiyanı yalnız güc yolu ilə dayandırmaq olar”

Yermak: “Rusiyanı yalnız güc yolu ilə dayandırmaq olar”
09.06.2025 17:30 Dünya

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiyanı yalnız güc tətbiqi ilə dayandırmağın mümkün olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında paylaşım edib.

Yermak Rusiyanın atdığı addımların münaqişəni daha da alovlandırmağa yönəldiyini bildirib. Onun sözlərinə görə, Moskva nə döyüşləri dayandırmaq, nə də sülhə nail olmaq istəyir.

“İstənilən eskalasiyanı yalnız güc yolu ilə dayandırmaq mümkündür”, – deyə Yermak vurğulayıb və Rusiya Silahlı Qüvvələrinə qarşı sərt tədbirlərin görülməsini təklif edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər