Yer kürəsini maqnit qasırğası vurdu

Yer kürəsini maqnit qasırğası vurdu
17.05.2025 11:07 Dünya

Mayın 17-nə keçən gecə Yer kürəsində orta güclü maqnit qasırğası başlayıb.   

TodayPress TV xəbər verir ki, bu barədə KİV yazıb.  Günəş küləyi planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasını dəyişib, Yerdə maqnitosferin zəif pozulmaları qeydə alınıb. 

Sinoptikliklər bildirir ki, mayın 19-u daxil olmaqla, Yer kürəsi sürətli və sıx günəş küləyi axınında olacaq.   

Bu səbəbdən mayın 17-də və yaxın iki gündə planetin maqnit sahəsi pozulmuş vəziyyətdə qalmağa davam edəcək. 

Proses əsasən zəif gücə malik maqnit qasırğaları ilə müşayiət olunacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər