Qərb genişmiqyaslı müharibəyə hazırlaşır: Britaniyadan döyüşə hazırlıq çağırışı
Böyük Britaniyanın müdafiə naziri ölkəni qarşıdakı 1000 gün ərzində mümkün müharibəyə hazır olmağa çağırıb.
TodayPress TV xəbər verir ki , bu barədə The Mirror məlumat yayıb .
Ves Stritinq potensial rəqiblərin 2030-cu ilədək hücuma başlamaq imkanına malik ola biləcəklərini bildirib. Bu isə Böyük Britaniya və müttəfiqlərinə müharibəyə hazırlaşmaq, döyüşmək və qalib gəlmək üçün cəmi üç ildən bir qədər artıq vaxt qoyur.
Onun xəbərdarlığı Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlıqların artdığı bir vaxtda səsləndirilib.
Bundan əvvəl Pentaqon ABŞ hərbi bazalarının xarici dəstək olmadan 90 gün ərzində fəaliyyətini davam etdirə bilməsi üçün planlar açıqlamışdı. Britaniyada isə diqqət 1000 günlük hazırlıq müddətinə yönəlib.
Qərb hökumətləri genişmiqyaslı müharibə ehtimalını son dərəcə ciddi qəbul edirlər.
Zəhra Məmmədova