Yəməndə hökumət yenilənir: Yeni baş nazir təyin edildi

Dünya

16.01.2026 11:05

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi respublikanın xarici işlər naziri Şaya Möhsin əz-Zindanini yeni baş nazir təyin edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Yəmənin "SABA" xəbər agentliyi məlumat yayıb.

“Şaya Möhsin əz-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona yeni hökuməti formalaşdırmaq tapşırılsın”, - deyə fərmanda qeyd olunub.

Sənədə əsasən, hazırkı nazirlər kabineti yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcək.

Qeyd edək ki, yanvarın 15-də Yəmən Prezident Rəhbərlik Şurasının rəhbəri Salem Saleh bin Breykin təqdim etdiyi istefa ərizəsini qəbul edib. 

Bəyanatda qeyd olunub ki, bu qərar “ölkədəki son dəyişikliklərə uyğun olaraq yeni hökumətin formalaşdırılmasına yol açmaq” məqsədilə verilib.

Xatırladaq ki, Yəməndə hökumət dəyişikliyindən əvvəl respublikanın cənub və şərq bölgələrində gərginlik artıb. 

Yanvarın 11-də Yəmən hakimiyyəti hökumət qüvvələrinin müvəqqəti paytaxt Ədən də daxil olmaqla, cənub və şərq vilayətlərində nəzarəti bərpa etdiyini açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Yəmən,Hökümət,Baş nazir,Təyinat,Todaypress.tv,