Yaxın Şəqrdə böhran dərinləşir: İran ABŞ hərbi obyektlərini kütləvi atəşə tutdu - VİDEO

Yaxın Şəqrdə böhran dərinləşir: İran ABŞ hərbi obyektlərini kütləvi atəşə tutdu - VİDEO
21.07.2026 09:39 Dünya

İran yenidən Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri vurulub.

Bildirilib ki, hadisədən sonra zərərçəkmiş gəmilərin ekipaj üzvlərinin təxliyəsinə başlanılıb.

SEPAH həmçinin Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirildiyini açıqlayıb.

İran tərəfinin iddiasına görə, hücumlar nəticəsində ABŞ-a məxsus "Patriot" hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları və peyk rabitə vasitələri tamamilə məhv edilib. Bundan başqa, bir neçə hərbi baza və düşərgənin infrastrukturuna ciddi ziyan dəydiyi bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər