Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri ilə Suriyadakı vəziyyəti müzakirə etdi

Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri ilə Suriyadakı vəziyyəti müzakirə etdi
17.01.2026 05:34 Dünya

Türikəyinin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrakı qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X"da məlumat yayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Selçuk Bayraktaroğlu da iştirak edib.

Görüşdə Suriyadakı mövcud vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Suriyada YPG və "Suriya Demokratik Qüvvələri" terror təşkilatları ölkənin bəzi ərazilərinə nəzarəti ələ keçirərək hökumət qüvvələrinə hücum edirlər. Onların nəzarətində olan bölgələrin sakinləri daha təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıblar.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər