Yaponiyanın Baş naziri ABŞ-nin Venesuela əməliyyatına şərh vermədi

Dünya

05.01.2026 11:47

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-nin Venesueladakı əməliyyatına şərh verməkdən imtina edib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Takaiçi  Yaponiyanın  həmişə azadlıq, demokratiya və qanunun aliliyi kimi əsas dəyərlərə sadiq qaldığını deyib.

O bildirib ki, Yaponiya hökuməti bu mövqeyə əsaslanaraq Bolivar Respublikasında demokratiyanın bərpası və vəziyyətin sabitləşdirilməsi üçün G7 də daxil olmaqla, digər iştirakçı ölkələrlə əməkdaşlığı davam etdirəcək.

Siyasətçi əlavə edib ki, Yaponiya hökuməti Venesueladakı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərəcək.

Yanvarın 3-də ABŞ Venesuelaya hərbi əməliyyat həyata keçirib və paytaxt Karakasda, eləcə də Fort Tiuna hərbi bazasında partlayışlar baş verib. Hücumlardan sonra ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandıraraq ABŞ qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını əsir götürdüyünü açıqlayıb. Ağ Ev rəhbəri Maduronun artıq prezident olmadığını və ABŞ-nin hakimiyyətin keçidinə qədər Venesuelaya nəzarəti ələ keçirdiyini vurğulayıb.

Bundan əvvəl Venesuela hökuməti Maduro və həyat yoldaşını azad etmək üçün xüsusi komissiya yaratmışdı.

Jalə Rövşən 

TodayPress TV

tag: Nikolas Maduro,Sanae Takaiçi ,ABŞ,Venesuela,Todaypress.tv,