Yaponiyada güclü yağışlar həyatı iflic etdi

Yaponiyada güclü yağışlar həyatı iflic etdi
12.09.2025 15:00 Dünya

Yaponiyanın paytaxtı Tokioda güclü yağışlar həyatı iflic edib. Beynəlxalq hava limanı bağlanıb, dəmir yolu nəqliyyatı isə tamamilə dayanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, şəhərin küçələri və metro stansiyaları su altında qalıb. 

Cəmi 1 saat ərzində Setagaya rayonuna 92 mm, Ota rayonuna isə 88,5 mm yağış yağıb. Nəticədə, 7 mindən çox ev bir neçə saat işıqsız qalıb.

Yaponiyada 100-dən çox aviareys ləğv olunub və ya təxirə salınıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər