Yaponiya təyyarələrdə "powerbank" istifadəsini məhdudlaşdırır
Dünya
15.04.2026 17:40
Yaponiya 24 apreldən etibarən təyyarələrdə portativ batareyaların istifadəsinə yeni məhdudiyyətlər tətbiq edəcək.
TodayPress TV xəbər verir ki, qərar batareyaların yaratdığı yanğın və tüstü riskini azaltmaq məqsədi daşıyır.
Yeni qaydalara əsasən, sərnişinlər uçuş zamanı enerji banklarından istifadə edərək cihazlarını doldura və ya onları bort enerji mənbəyinə qoşa bilməyəcəklər. Məhdudiyyətlər foto və video avadanlıqları üçün əlavə batareyalara da şamil olunur.
Bundan əlavə, əl yükündə daşınan batareyalarla bağlı qaydalar da dəyişir. 100 Vt/saata qədər batareyaların daşınmasına məhdudiyyət qoyulmur, lakin 160 Vt/saata qədər olan cihazlar üçün hər sərnişinə iki ədəd limit tətbiq ediləcək. Daha yüksək tutumlu batareyalar ümumi kvotaya daxil ediləcək.
Qaydaların icrasına ciddi nəzarət olunacaq. Qayda pozan sərnişinlər əvvəlcə xəbərdarlıq alacaq, təkrar və ya ciddi pozuntular isə cərimə ilə nəticələnə bilər. Cərimələrin 1 milyon yenə qədər çatacağı bildirilir.
Türkan İsgəndərli
tag: Yaponiya,Təyyarə,Batereya,Powerbank,Todaypress.tv,
