“Yanacaq böhranı xeyrimizədir” - Rus akademik moskvalılara səsləndi

“Yanacaq böhranı xeyrimizədir” - Rus akademik moskvalılara səsləndi
03.07.2026 20:39 Dünya

Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko ölkədə mümkün yanacaq böhranının bəzi müsbət nəticələrinin ola biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, xüsusilə Moskva sakinlərinin şəxsi avtomobillərdən daha az istifadə etməsinin həm sağlamlıq, həm də ekologiya baxımından faydalı olacağını deyib.

“Moskvadan danışırıqsa, insanların əksəriyyəti avtomobildən imtina edib rahatlıqla metrodan istifadə edə bilər. Maşınlardan isə əsasən şəhərdən kənara səfərlər üçün yararlanmaq məqsədəuyğundur. Bu, sağlamlıq baxımından iki üstünlük verir: Moskvada hava daha təmiz olacaq, çünki avtomobillərin sayı azalacaq, insanlar isə daha çox hərəkət edəcəklər. Hər şeydə müsbət tərəf axtarmaq lazımdır, panikaya düşmək yox”, – deyə Onişenko bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər